Accessibility links

Rusiya təyyarələrinin NATO ölkələrinə yaxın uçuşları narahatlıqlar yaradır [Video]


Soyuq müharibə dövrü bu, adi hal almış bir hadisə idi. Rusiya təyyarələri Qərbi Avropanın NATO üzvləri ölkələrinə yaxın uçuşlar edirdi. Henri Cekson İctimai Təşkilatının hesabatında Moskvanın bu taktikanı bərpa etdirməsi aydın görünür.

Britaniya hərbi hava qüvvələri 2014-2016-cı illər arasında Rusiyanın addımları reaksiya vermək üçün 21 dəfə təyyarələri səmaya qaldırmalı olublar. NATO-nun Avropdakı digər üzv ölkələri isə yalnız 2016-cı ildə bu səbəbə görə 800 dəfə təyyarələrini səmaya qaldırıblar.

Endryu Foksal, Henri Cekson İctimai Təşkilatı: “Bu cür hadisələrin baş verməsi regiondakı gərginliklərin artması ilə təxminən eyni vaxtlara təsadüf edir.”

Belə şəkillər Rusiyada çox yaxşı effekt verir.

“Rusiya özünün güclü, NATO üzvlərinin və bütövlükdə NATO-nun zəif olduğunu nümayiş etdirməyə çalışır. Bu da prezident Putin üçün daxili siyasətdə çox yaxşı işləyir.”

Amma bu cür uçuşlar həm də, Rusiyaya kəşfiyyat məlumatları toplamaq imkanı verir.

“Məlumatlara NATO üzvləri arasında informasiyanın necə ötürüldüyü, Britaniya təyyarələrinin və pilotlarının bu cür hadisələrə hansı sürətlə reaksiya verə bilməsi, və ya bizim ilkin xəbərdarlıq sistemləri necə çalışması daxildir.”

Bu “siçan-pişik” oyunu yalnız Avropa səmalarında baş vermir. Rusiyanın hərbi dəniz qüvvələrin fəaliyyəti də artmaqdadır. Xüsusilə də Britaniya atom sualtı qayığının yerləşdiyi Şotlandiya bazası yaxınlığında.

“Əgər rus gəmiləri həmin sualtı qayıqların işləmə prinsipləri ilə bağlı məlumat əldə etsələr, bu Britaniyanın özünümüdafiə imkanlarını məhdudlaşdırmış olacaq.”

Əvəzində isə Rusiya NATO təyyarələrin öz sərhədlərinə yaxın uçduqları deyir. Bu video keçən ay NATO qırıcısının Rusiya müdafiə nazinin olduğu təyyarəyə yaxınlaşdığını nümayiş etdirir.

Hesabat baş verə biləcək təhlükəli insidentlərin qarşısı alınması üçün Qərb ölkələri və Moskva arasında komunikasiyanın artırılması və daha aydın qaydaların tətbiqinə çağırır.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG