Rusiya Müdafiə Nazirliyinə istinadən bildirilib ki, Rusiyanın Ukraynaya təcavüzü səbəbindən əlaqələrin pozulmasından sonra Rusiya ilə NATO nümayəndələri cümə günü ilk dəfə söhbət ediblər.
NATO Hərbi Komitəsinin başçısı Petr Pavel təhlükəsizliklə bağlı aktual məsələləri, eləcə də hərbi əməkdaşlığın yenidən qurulması potensialını müzakirə etmək üçün Rusiya Baş Qərargahlar rəisi Valeri Gerasimovla müzakirələr aparmaq istəyib.
"Bu ilk yüksək səviyyəli müzakirələrdir. Belə ki, NATO Şurası indiyədək Rusiya ilə əlaqələri dondurmaq qərarına gəlmişdi," deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında bildirilib.
Bəyanatda həmçinin cənab Gerasimovun alyansın Rusiya ilə sərhəd yaxınlığında fəaliyyətini gücləndirdiyindən narazılıq ifadə etdiyi deyilib.
NATO əlaqələrin yenidən bərpa edilməsinin hər iki tərəf - həm Rusiya, həm də NATO-nun marağında olduğunu bildirib.
"Generallar əlaqəda qalmağa razı olublar," deyə NATO təfərrüata varmayıb.
Rusiyanın Ukraynaya təcavüzünün ardınca NATO rəsmi Moskva ilə hərbi kommunikasiyaları dayandırmışdı.