Accessibility links

NATO-nun Brüssel sammiti ciddi təhlükəsizlik tədbirləri altında keçirilir


NATO liderlərinin NATOsammiti ciddi təhlükəsizlik tədbirləri altında keçirilir. Sammitdə əsasən Britaniyanın Mancester şəhərindəki terror hücumundan sonra terrorizmlə mübarizə müzakirə mövzusudur.

NATO gələcəkdə terrorizm, mühacirət, habelə Rusiya və qurumun şərq və cənub sərhədlərindən gələn təhlükələrə diqqət verməlidir

Görüşdə əsasən iki mövzu ətrafında müzakirələr aparılacaq: NATO-nun 28 üzvünün müdafiə xərclərini artırması və terrorçuluqla mübarizə.

NATO-nun baş katibi Cens Stoltenberq deyib ki, NATO Avropada terrorçuluqla daha yaxşı mübarizə məqsədilə plan razılaşdıracaq və antiterror əməliyyatları üzrə koordinator təyin edəcək.

Seçkiqabağı kampaniyaları zamanı NATO-nun əks-terrorizm siyasətini yararsız adlandıran ABŞ prezidenti ilk dəfə tədbirə qatılıb.

Donald Trump NATO liderlərini müdafiə xərclərini artırmağa və diqqətlərini daha çox terrorimzlə mübarizəyə yönəltməyə çağırıb.

“NATO gələcəkdə terrorizm, mühacirət, habelə Rusiya və qurumun şərq və cənub sərhədlərindən gələn təhlükələrə diqqət verməlidir. Ciddi təhlükəsizlik narahatlıqları mənim baş katib Stoltenberlq və alyans üzvlərinə açıq şəkildə söyləyəcəyim məsələdir. NATO üzvləri malyyə öhdəliklərinə əməl etməlidir” - deyə ABŞ dövlət başçısı bildirib.

Tramp deyib ki, 28 üzvün 23-ü üzərinə düşən payı bölüşmür, bu isə Amerika xalqına qarşı ədalətsizlikdir.

Avropada son hücumlar Amerika dövlət başçısının alyansla əməkdaşlığını artıracağına dair ümidləri artırıb.

Brüsseldə minlərlə insan NATO və Tramp əleyhinə yürüşlər keçirib.

NATO üzvləri toplantıda alyansın İŞİD əleyhinə koalisiyada iştirakına razılaşacaqlar. Ancaq alyans döyüş əməliyyatlarına qatılmayacaq. Bunu NATO-nun baş katibi Jens Stoltenberq deyib.

Belçika hökuməti şəhərə ağır silahlanmış 4 min polis və əsgər yerləşdirib. Onlar küçələr, mehmanxanalar və metroda keşik çəkirlər.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG