Rusiya xarici işlər naziri Sergey Lavrov cümə günü NATO-nun baş katibi ilə görüşür. Qərbin hərbi alyansı olan NATO və Birləşmiş Ştatlar Soyuq Müharibədən bəri Avropada ən böyük hərbi mövcudluğa hazırlaşırlar.
Məncə NATO-nun genişlənməsi Rusiyaya daha çox geo-siyasi təhlükədir, çünki bu, ABŞ-ın başçılıq etdiyi alyansın təsir zonasının genişlənməsi deməkdir.Dmitri Trenin
Rusiya NATO-nun addımlarını Avropadakı sabitliyə təhlükə kimi qiymətləndirib. Lakin NATO, qoşunlar və avadanlıqların yerləşdirilməsinin Rusiyadan narahat olan müttəfiqləri arxayınlatmaq məqsədi daşıdığını iddia edir.
NATO müdafiə nazirləri Brüsseldə toplandığı bir vaxt, Rusiya ordusu yüksək hərbi hazırlıq vəziyyətinə keçərək, Ukrayna yaxınlığında sınaqlar həyata keçirdi.
Kreml NATO Rusiyanın Baltikyanı dövlətlər və Şərqi Avropadakı təcavüzünün qarşısını almağa yönəlmiş addımlar atacağını elan etməsindən sonra gərginləşib.
“NATO müdafiə nazirləri alyansın şərq hissəsində hərbi mövcudluğun artırılmasına dair razılıq əldə edib. Buna bir çox millətlər daxil olacaq və məqsəd aydınlıq gətirməkdir ki, alyansın hər hansı bir üzvünə qarşı hücum bütün digər müttəfiqlərə qarşı hücum kimi qiymətləndiriləcək və belə bir halda ittifaq bu hücuma tək bir qüvvə olaraq cavab verəcək.”
Birləşmiş Ştatlar Avropanın müdafiəsinə ayrılmış xərcləri dördqat artıracaq, NATO isə orada hərbi avadaqlıq yerləşdirəcək, hərbi qüvvələrin rotasiyasını artıracaq və çevik reaksiya qüvvəsi yaradacaq.
Rusiyanın xarici işlər naizir Segey Lavrov isə NATO-nun planının Rusiyanı cilovlamaq məqsədi daşıdığını və Avropaya təhlükə törətdiyini deyir.
“Biz buna nəyin səbəb olduğunu anlamırıq. Düşünürük ki, onların bu addımları Rusiyanı deyil, Avropadakı təhlükəsizlik və strateji sabitliyi təhlükə altına alır.”
Rusiya qüvvələri Ukraynanın Krım yarımadasını ilhaqından və şərqi Ukraynada separatçıları dəstəkləməyə başladıqdan sonra NATO Moskva ilə əlaqələrini məhdudlaşdırıb.
Alyansın hər hansı bir üzvünə qarşı hücum bütün digər müttəfiqlərə qarşı hücum kimi qiymətləndiriləcək və belə bir halda ittifaq bu hücuma tək bir qüvvə olaraq cavab verəcəkCens Stoltenberq
Rusiyanın hərbi vəziyyəti və qonşularını zondlaması da Moskvanın niyyətləri barədə narahatlıqları artırıb.
“Məncə NATO-nun genişlənməsi Rusiyaya daha çox geo-siyasi təhlükədir, çünki bu, ABŞ-ın başçılıq etdiyi alyansın təsir zonasının genişlənməsi deməkdir. Rusiyalılar bunu təhülkəsizlik zonası, digəri isə müdafiə zonası da adlandıra bilər.”
NATO həmçinin bildirir ki, Rusiyanın Suriyada Bəşər əl-Əsədi dəstəkləmək məqsədilə davam etdirdiyi hava hücumları münaqişənin həll olunması üçün aparılan sülh danışıqlarına xələl gətirir.
Rusiya isə bu ittihamı rədd edir. Bundan əlavə Moskvanın NATO-dakı səfiri alyansın Avropadakı artan mövcudluğuna hərbi-texniki yardım göstərəcəyinə söz verib.