Əfqanıstandakı koalisiya qüvvələri deyir ki, Helmənd və Badqis vilayətlərində həyata keçirilən son əməliyyatlar zamanı Talibanın iki liderini öldürüblər. NATO-nun məlumatına görə, dünənki birgə əməliyyat zamanı Molla Camaluddin həlak olub. Onun Talibanın Badqis vilayətindəki lideri postuna namizəd olduğu ehtimal edilir. Əfqanıstan və koalisiya qüvvələri Talibanın vilayətdəki əvvəlki liderini çərşənbə günü öldürmüşdü. Koalisiya beynəlxalq və əfqan qüvvələrin gecəyarı Helmənddə keçirdiyi reyd zamanı Talibanın veteran üzvü Acmal Ağa Canının öldüyünü bildirir. NATO onu vilayətdə bombalar hazırlamaq və partladılmaqda günahkar bilir.
Əməliyyatlar Helmənd və Badqis vilayətlərində həyata keçirilib