Accessibility links

NATO rəhbəri alyansın dəyərdən salınmamalı olduğu ilə bağlı xəbərdarlıq edir


NATO-nun yüksək səviyyəli rəsmisi deyib ki, ABŞ qüvvələrinin Əfqanıstandan çıxarılması və ya Fransa ilə ABŞ arasında gərginliyin artmasını Trans-Atlantik İttifaqının zəifləməsi kimi qiymətləndikmək səhvdir.

Baş katib Yens Stoltenberq potensial düşmənlərə NATO-nun vahid qalacağı, köhnə və yeni düşmənləri tərəfindən artan təhdidlərə qarşı qətiyyətli olacağı barədə xəbərdarlıq edib.

ABŞ-ın yüksək səviyyəli rəsmiləri ilə görüşlərindən sonra Vaşinqtondakı Corctaun Universitetində çıxış edən Stoltenberq "Avropa ilə Şimali Amerika arasındakı bağın möhkəmliyi ilə bağlı suallar doğur" deyib.

"Onlar ümumi mənzərəni dəyişdirmir. Növbəti böhranın nə olacağını bilmirik, lakin nə olursa olsun, biz onu bilirik ki, bir yerdə olanda daha təhlükəsiz oluruq" - deyə,S toltenberq bildirib.

Stoltenberq ABŞ prezidenti Co Baydenin Amerika qoşunlarını Əfqanıstandan çıxarmağa dair əvvəlki administrasiyanın razılaşmasını yerinə yetirməyə qərar verərkən NATO müttəfiqləri ilə hesablaşmadığını dair ittihamları rədd edib.

ABŞ müdafiə naziri Lloyd Austin və NATO-nun baş katibi Yens Stoltenberq
ABŞ müdafiə naziri Lloyd Austin və NATO-nun baş katibi Yens Stoltenberq

Stoltenberq "ABŞ-ın məsləhətləşmədiyi barədə fikir səhvdir. Doğrudan da səhvdir" deyib.

NATO lideri ABŞ, Britaniya və Avstraliya arasında yeni təhlükəsizlik paktı - ABŞ və Böyük Britaniyaınn nüvə enerjisi ilə işləyən sualtı qayıqların inşasına yardım etmək üçün texnologiyanı Avstraliya ilə bölüşəcəyi yeni AUKUS müqaviləsinin imzalamasından Fransanın "narahat olduğunu" deyib. "NATO müttəfiqləri Asiya-Sakit Okean tərəfdaşları ilə işləməyimizin vacibliyini qəbul edir" - deyə, Stoltenberq bildirib.

"Çin dünyanın ikinci ən böyük hərbi büdcəsinə sahibdir. Onlar uzunmənzilli nüvə silah sistemləri də daxil olmaqla, yeni hərbi potensiala böyük investisiya qoyurlar. Mən yeni strateji konsepsiyanın NATO-nun Çinə münasibətlə bağlı daha əhatəli və vahid mövqeyi əks etdirəcəyini gözləyirəm" - deyə, Stoltenberq əlavə edib.

Lakin Rusiya ilə bağlı daha sərt tonda danışan NATO baş katibi alyans ilə Moskva arasında əlaqələrin "Soyuq Müharibənin bitməsindən sonra ən aşağı səviyyədə olduğu" ilə bağlı xəbərdarlıq edib.

Stoltenberq bir az da irəli gedərək, NATO-nun genişlənməsi ilə bağlı mövqeyinə, xüsusilə də Gürcüstan və Ukraynanın üzvlüyünə qarşı olduğu üçün Moskvanı tənqid edib.

"Hər bir suveren ölkənin öz yolunu seçmək hüququ var. Kiçik qonşuların NATO-ya qoşulmasının Rusiyaya qarşı provokasiya olduğu fikri tamamilə yanlışdır. Bu, provokasiyadır, bunu hər kəs deyir" - deyə, o bildirib.

Stoltenberq Gürcüstan və ya Ukraynanın nə zaman NATO üzvü ola biləcəyi ilə bağlı açıqlama verməkdən imtina edərək deyib ki, bu, "başqa heç kim" deyil, iki ölkə və ittifaq arasında olan məsələ adlandırıb.

XS
SM
MD
LG