Accessibility links

NATO: Rusiyanın hava hücumları Suriyada qeyri-hərbi səylərə mane olur


NATO-nun Baş katibi Yens Stoltenberq deyib ki, Rusiyanın Suriyaya hava hücumları bölgədəki münaqişənin qeyri-hərbi yolla həllinə mane olur.

Stoltenberq bu bəyanatı bu gün Amsterdamda Avropa İttifaqı ölkələrinin müdafiə nazirlərinin toplantısına getdiyi zaman verib. O, Rusiyanın hava hücumlarının intensiv olaraq müxalifət qüvvələrini hədəf aldığını, eləcə də NATO və Türkiyəyə məxsus hava məkanına daxil olduğunu deyib.

Hizbullanın "Əl-Manar" televiziyası və Suriyanın monitorinq qrupuna istinadən bu gün yayımlanan digər xəbərdə isə bildirilir ki, Suriya ordusu Rusiya hərbi təyyarələrinin köməyi ilə üsyançıların nəzarətində olan Dera şəhərini ələ keçirib.

Bu məlumat BMT-nin başçılığı ilə donor ölkələrin konfransında Suriyaya 10 milyard dollar vəsait ayrılması vəd edildikdən bir gün sonra verilib.

XS
SM
MD
LG