Accessibility links

NATO-nun Əfqanıstandakı hərbi koalisiyasına qarşı intiharçı hücumu həyata keçirilib


NATO-nun Əfqanıstanda başçılıq etdiyi hərbi koalisiyaya qarşı intiharçı hücumu həyata keçirilib. Kabilin şimalında baş verən hadisə zamanı itki olmadığı xəbər verilir.

Hücum hərbi hava bazasının yerləşdiyi Bəqram rayonunda həyata keçirilib.

Hücumun məsuliyyətini Taliban üzərinə alıb. Taliban sözçüsü Zabullah Mücahid bildirib ki, hücum işğalçı qüvvələri hədəf alıb. Sözçü hadisə zamanı NATO-nun itki verdiyini və zirehli maşınlarına zərər vurulduğunu iddia edib.

Hücum NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin dəstək missiyasının 2016-cı ildən sonra da uzadılması barədə qərar qəbul etdiyi vaxta təsadüf edir.

Taliban xarici qüvvələr ölkəni tərk etməyənədək zorakılıq kampaniyasının davam etdiriləcəyinə and içib.

Amerika İcmalı

Amerika İcmalı - 3 Dekabr 2021
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG