Accessibility links

NATO 90 min əsgərin iştirak etdiyi ən böyük hərbi təlimlərinə başlayıb


NATO bu həftə Soyuq Müharibədən bəri ən böyük hərbi təlimlərinə başlayıb. Ukraynaya genişmiqyaslı təcavüzdən sonra Rusiyaya xəbərdarlıq məqsədi daşıyan güc nümayişi olaraq bütün Avropa boyunca on minlərlə hərbçi iştirak edəcək.

Yaxın aylarda Avropada keçiriləcək "Sabit Müdafiə 24" əməliyyatı çərçivəsində 90 min NATO hərbçisinin iştirak edəcəyi bildirilib. Təlimlərdə 50 hərbi gəmi, 80 təyyarə və 1000-dən çox döyüş maşını iştirak edir.

Təlimlər "NATO-nun uzaq şimaldan mərkəzi və şərqi Avropaya qədər minlərlə kilometr məsafədə və istənilən şəraitdə bir neçə ay ərzində mürəkkəb və çoxsahəli əməliyyatlar apara biləcəyini nümayiş etdirəcək" - deyə, 31 dövlətin təmsil olunduğu alyans bildirib.

NATO-nun Baş katibi Yens Stoltenberq çərşənbə axşamı Brüsseldə jurnalistlərə "Biz bütün bunları bizim NATO ərazisinin hər qarışını qorumağa hazır olduğumuz barədə Moskvanın səhv hesablamalarını və ya anlaşılmazlıqlarını aradan qaldırmaq, hər bir şəraitdə hazırlığımızın və qüvvəmizin olduğunu göstərmək üçün edirik. Və nə qədər ki, biz bunu edirik NATO ərazisinə heç bir hücum olmayacaq" deyib.

Vaşinqtondakı Xarici Əlaqələr Şurasının Avropa üzrə əməkdaşı Liana Fiks deyib ki, əsgərlərin və texnikanın daşınması ilə bağlı maddi-texniki problem təlimin vacib hissəsidir.

Təlimlər Rusiyanın fevralın 24-də Ukraynaya təcavüzünün iki illiyi ərəfəsində keçirilir. Müharibə tükənmə mərhələsindədir və görünür ki, tərəflərdən heç biri əhəmiyyətli uğur əldə edə bilməyib.

Forum

XS
SM
MD
LG