Ukrayna ilə sərhəddə 100 mindən çox hərbçi yerləşdirməsi səbəbindən Rusiya ilə artan gərginlik fonunda NATO-ya üzv ölkələr Şərqi Avropaya minlərlə əsgər, döyüş təyyarəsi və gəmi göndərir.
Qərb Rusiyanın qaçılmaz mümkün müdaxilə qərarından narahatdır, Kreml isə müdaxilə planları olduğunu inkar edir.
Keçən həftə NATO-nun Baltik dənizi hövzəsi üzərində hava nəzarəti missiyasını gücləndirmək üçün Danimarkanın dörd F-16 qırıcı təyyarəsi Litvaya eniş edib.
2014-cü ildə Rusiyanın Krımı ilhaq etməsindən bəri NATO Estoniya, Latviya, Litva və Polşada 5000-ə qədər min hərbçi yerləşdirib.
ABŞ qüvvələri
ABŞ isə öz nöbvəsində ötən həftə 8500 əsgərini hazır vəziyyətə gətirib. ABŞ prezidenti Co Bayden ötən cümə günü jurnalistlərə bildirmişdi ki, ABŞ qüvvələrini yaxın müddətdə Şərqi Avropaya və NATO ölkələrinə göndərəcək.
ABŞ-ın Avropada əsasən də Almaniya və Britaniyada yerləşdirilən on minlərlə əsgəri var. Ssenarilərdən biri odur ki, bu personalın bir hissəsi tədricən NATO-nun şərqindəki müttəfiqlərə qoşula bilər.
NATO müttəfiqləri
Fransa Rumıniyaya yüzlərlə hərbçi göndərmək planını açıqlayıb. Fransanın müdafiə naziri Florens Parli yanvarın 27-də Buxarestə səfəri zamanı açıqlamasında bildirib ki, Fransa prezidenti Makronun da dediyi kimi, Fransa Şərqi Avropa müttəfiqlərini dəstəkləməyə davam edəcək.
İspaniya, Hollandiya və Almaniya da Şərqi Avropaya əsgəri qüvvə, döyüş təyyarələri və döyüş gəmiləri göndərməyi nəzərdən keçirdiklərini bildirir.
Tank əlehinə silahlar
Britaniya indiyədək Ukraynaya 2000-ə yaxın tank əleyhinə silah göndərib. Britaniyanın eləcə də hazırda təxminən 1150 əsgəri qüvvədən ibarət öhdəliyini potensial olaraq ikiqat artıraraq, bu həftə NATO müttəfiqlərinə əlavə tədarüklər təklif edəcəyi gözlənilir. Eyni zamanda, Baş Nazir Boris Consonun bu həftə Ukraynaya səfər edəcəyi və Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı aparacağı gözlənilir.
Böyük Britaniyanın müdafiə naziri Ben Vallas açıqlamasında bildirib ki, hərbi qüvvələrin göndərilməsi Moskvaya bir mesajdır.
Belarus təhlükəsi
Rusiyanın Ukrayna sərhədi yaxınlığında 100 minə yaxın əsgəri qüvvəsi var. Eyni zamanda, bu həftə əlavə minlərlə əsgər birgə hərbi təlimlər üçün Belarusa gəlib.
ABŞ müdafiə nazirinin Rusiya, Ukrayna və Avrasiya üzrə köməkçisinin keçmiş müavini Evelin Farkas hesab edir ki, Qərb müttəfiqləri buna reaksiya göstərməlidir.
“NATO Rusiyanın alyansın müttəfiqləri olan Polşa, Latviya və Litva ilə həmsərhəd olan Belarusa əlavə qüvvələr yerləşdirməklə yaratdığı yeni təhlükəyə cavab verməli oldu” - deyə Farkas bu yaxınlarda Londonda yerləşən Chatham House tərəfindən keçirilən müzakirələr zamanı bildirib.
Bəzi təhlilçilərin fikrincə, NATO-nun Şərqi Avropada hərbi qüvvə yerləşdirməsi Rusiya prezidenti ilə gərginliyin artmasına gətirib çıxara bilər.