Accessibility links

NATO Rusiyaya Ukrayna sərhədlərinə qoşun yerləşdirməsi ilə bağlı xəbərdarlıq edib


NATO-nun Baş katibi Yens Stoltenberq son həftələr Rusiya qüvvələrinin Ukrayna sərhədləri yaxınlığında “böyük və qeyri-adi cəmləşməsi” fonunda Rusiyanı hərbi fəaliyyətləri ilə bağlı “şəffaf” olmağa çağırıb.

ABŞ və Avropa rəsmiləri 2014-cü ilin aprelindən, yeddi ildir davam edən və 13200-dən çox insanın ölümünə səbəb olan münaqişədə Kremlin dəstəklədiyi separatçıların Ukraynanın ərazilərinə nəzarət etdiyi bölgə yaxınlığında Rusiyanın hərbi fəaliyyətləri ilə bağlı həyəcan təbili çalıb.

“Rusiyanın növbəti təxribatı və ya aqressiv hərəkətləri ciddi narahatlıq yarada bilər” - deyə, Stoltenberq noyabrın 15-də Brüsseldə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba ilə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Dövlət Departamentinin bildirdiyinə görə, iki gün əvvəl ABŞ dövlət katibi Antoni Blinken fransalı həmkarı ilə “Rusiyanın Ukraynada və onun yaxınlığındakı hərbi fəaliyyəti ilə bağlı məlumatları” müzakirə edib.

ABŞ dövlət katibi Entoni Blinken
ABŞ dövlət katibi Entoni Blinken

Mətbuat katibi Ned Prays noyabrın 14-də verdiyi açıqlamasında deyib ki, Blinken və Fransanın xarici işlər naziri Jan İv Le Drian ölkələrinin "Ukraynanın suverenliyi və ərazi bütövlüyünə sədaqətlə" bağlı öhdəliyinə sadiqdir.

Prays açıqlamasında noyabrın 13-dəki müzakirələrin təfərrüatlarından danışmayıb.

Keçən həftə Blinken Rusiyanı Ukrayna ilə bağlı növbəti “ciddi səhvə” yol verməmək barədə xəbərdarlıq edib. Belə ki, Pentaqonun “ölçüsü və əhatə dairəsi baxımından qeyri-adi” olduğunu bildirməsindən sonra Vaşinqton Rusiya qoşunlarının Ukrayna sərhədinə yaxın yerdəyişməsi barədə məlumat əldə etməyə çalışır.

Avropa İttifaqı rəsmiləri də narahatlıqlarını ifadə edərək, ABŞ və Britaniya ilə birlikdə vəziyyəti izlədiklərini bildirib. Fransa Moskvanın istənilən təcavüzkar hərəkətinin “ciddi nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq edib.

Noyabrın 15-də Britaniyanın baş naziri Boris Consonun sözçüsü ölkəsinin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməkdə “sarsılmaz” olaraq qalacağını bildirib.

Rusiya prezidenti Vladimir Putin Qərbin Moskvanın hücum xarakterli hərbi əməliyyatlarına dair iddialarını rədd edib və Ukrayna və ABŞ-ın son aylarda Qara dənizdə böyük hərbi təlimlər keçirdiyinə görə, Vaşinqtonu aqressiv hərəkətlərdə ittiham edib.

XS
SM
MD
LG