Accessibility links

NATO Baş katibi zorakılıqlara görə separatçıları və Rusiyanı günahlandırır


NATO-nun Baş katibi Yens Stoltenberq zorakılıqların artmasına görə Ukraynanın şərqində Rusiyanın dəstəklədiyi separatçıları günahlandıraraq, Rusiya prezidenti Vladimir Putinin Ukrayna ordsunun “NATO-nun legionu” haqda söylədiklərini rədd edib.

Brüsseldə NATO-Ukrayna Komissiyasının Ukrayna hökumətinin müraciətinə əsasən keçirilən fövqəladə iclasından sonra danışan Stoltenberq deyib ki, Mariulpolda 30 insanın ölümü və 100-dən çox insanın yaralanması ilə nəticələnmiş raket hücumu kimi ara-sıra hücumlar “qəbuledilməzdir və onlara heç cür bəraət qazandırıla bilməz.”

NATO baş katibi ATƏT və Ukrayna prezidenti Petro Poroşenkonun dediklərinə uyğun olaraq Mariupolda hücumun Rusiyanın dəstəklədiyi separatçıların nəzarətində olan ərazidən həyata keçirildiyini deyib. O həmçinin bildirib ki, Rusiya son həftələr üsyançıları raket sistemləri, ağır artilleriya, tanklar, zirehli texnika və elektron hərbi sistem də daxil olmaqla müasir avadanılqla təchiz edib.

Yens Stoltenberq prezident Putinin Ukrayna ordusunu “NATO-nun legionu” kimi xarakterizə etməsini mənasız kimi qiymətləndirib. “NATO-nun legionu yoxdur, Ukraynada xarici əsgərlər ruslardır”-deyə o bildirib.

Rusiyanın İnterfaks agentliyi cənab Putinin Sank Peterburqda çıxışı zamanı Ukrayna ordusunun Ukrayna xalqının maraqları ilə üst-üstə düşməyən bir məqsədə olaraq Rusiyanın qarşısını almaq istəyən “NATO-nun xarici legionuna” çevrildiyini dediyi haqda məlumat verib.

Risiya lideri Ukrayna rəsmilərini münaqişənin siyasi həllini tapmaqdan imtina etməkdə ittiham edib.

XS
SM
MD
LG