Accessibility links

Zakir Həsənov: “Azərbaycan Əfqanıstanda beynəlxalq ictimaiyyətin səylərini bundan sonra da dəstəkləyəcək”


Zakir Həsənov və Stiven Vandeput
Zakir Həsənov və Stiven Vandeput

Azərbaycanın müdafiə naziri Zakir Həsənov iyunun 8-də Brüssel şəhərində NATO-nun Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasına töhfə verən dövlətlərin müdafiə nazirləri səviyyəsində keçirilən toplantısında iştirak edib.

NATO-nun müdafiə nazirlərinin toplantısı
NATO-nun müdafiə nazirlərinin toplantısı

Müdafiə Nazirliyinin Mətbuat xidmətinin məlumatına görə, toplantıda Əfqanıstandakı təhlükəsizlik və siyasi vəziyyət, missiyanın gələcəyi, təhlükəsizlik qüvvələrinin saxlanılması üçün tələb olunan maliyyə öhdəliyinin 2020-ci ildən sonra da davam etdirilməsi müzakirə olunub.

Zakir Həsənov iclasda çıxış edərək Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək barədə məlumat verib. Nazir Əfqanıstanda sülhün və sabitliyin bərqərar olunması üçün beynəlxalq ictimaiyyətin səylərinin Azərbaycan tərəfindən bundan sonra da dəstəklənəcəyini bildirib.

Azərbaycanın 120 nəfərlik sülhməramlı kontingenti Əfqanıstandakı “Qətiyyətli Dəstək” missiyasında iştirak edir. Eyni zamanda, Azərbaycan NATO missiyasına multimodal tranzit, təlim və Əfqan Milli Ordusu üzrə Etimad Fonduna maliyyə dəstəyi ilə töhfə verir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG