Accessibility links

NATO-da Azərbaycanın Fərdi Tərəfdaşlıq Planının Qiymətləndirmə sənədi müzakirə edilib


NATO-Azərbaycan bayraqları
NATO-Azərbaycan bayraqları

Dekabrın 17-dəŞimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Mənzil Qərargahında Azərbaycanın 2015-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə sənədinin müzakirəsi keçirilib.

Аzərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin məlumatına görə, “28+1” formatında keçirilən mükirələrdə Azərbaycan tərəfindən Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları, Dövlət Sərhəd Xidməti və Dövlət Təhlükəsizlik Xidmətinin rəsmiləri iştirak edib.

Müzakirələr zamanı NATO-ya üzv ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO ilə cari gündəliyində duran çoxşahəli məsələlər, o cümlədən Qətiyyətli Dəstək Missiyası, etimad fondları, Müdafiə Təhsilinin Gücləndirilməsi Proqramı, mülki fövqəladə planlaşdırma, meydana gələn təhlükəsizlik çağırışları və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndirib.

Görüşdə digər məsələlərlə yanaşı Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi üzrə fikir mübadiləsi aparılıb.

Nümayəndəlik bildirir ki, Azərbaycan ilə NATO arasında bu kimi məsləhətləşmələr müntəzəm olaraq keçirilir. Azərbaycan hazırda 2015-2016-cı illəri əhatə edən FTƏP-in dördüncü mərhələsini həyata keçirir.

XS
SM
MD
LG