Accessibility links

NATO Ceyrançöldə minaları təmizlətdirir


Partlamamış sursatlar
Partlamamış sursatlar

NATO-nun Ceyrançöl ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə layihənin təqdimat mərasimi olub. Ərazi keçmiş Sovet ordusunun poliqonu olub.

Bakıda NATO-nun Azərbaycanda Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu Layihəsi - “Ceyrançöl ərazisinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi üzrə layihənin təqdimat mərasimi olub. Mərasimdə baş nazirin müavini Abid Şərifov, Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) direktoru Nazim İsmayılov, NATO baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Ceyms Apaturay, Bakıdakı diplomatik missiyaların təmsilçiləri, Əfqanıstan hökumətinin təmsilçiləri, NATO-nun eksperti iştirak edib.
Layihə Azərbaycan-Gürcüstan sərhədi boyunca ölkənin şimal-qərb hissəsində (Bakıdan təxminən 500 kilometr qərbdə) yerləşən Ceyrançöl ərazisinin 64 kvadrat kilometrlik hissəsini partlamamış hərbi sursatlardan (PHS) və minalardan təmizlənməsini əhatə edir.
1955-1991-ci illərdə keçmiş Sovet ordusunun sınaq və təlim ərazisi kimi intensiv surətdə istifadə edilmiş həmin ərazidə olan PHS və minalar yerli əhali üçün ciddi humanitar, sosial-iqtisadi və ətraf mühitin çirklənməsi təhlükəsi yaradır. 2009-cu ildə aparılmış tədqiqat zamanı çoxlu sayda partlamamış tank mərmisi və müxtəlif kalibrli artilleriya mərmisi, havadan atılmış bombalar və digər növ PHS aşkar edilib.
2011-ci il oktyabrın 4-də Ceyrançöl Təmizləmə Layihəsi NATO tərəfindən rəsmən təsdiq olunub. Layihə 28 aya həyata keçiriləcək, ümumi dəyəri 9 milyon avrodur. Layihə iki mərhələdə həyata keçiriləcək. Ümumi layihə dəyəri 3 milyon 90 min avro olan birinci mərhələnin həyata keçirilməsi bu ilin aprelində başlanıb, 14 ay ərzində 19 kv kilometr sahə təmizlənəcək. İndiyədək 400.403 kvm ərazi artıq təmizlənib, 70 mina və PHS tapılıb. Mina təmizləmə işlərinə 60 minatəmizləyici mütəxəssis və itlər cəlb edilib.
Layihənin dəyərinin 50 faizini ( 1 milyon 545 min avro) Azərbaycan hökuməti ödəyib. Amerika Birləşmiş Ştatları layihənin aparıcı ölkəsidir və 730 min avro ödəyib. Böyük Britaniya da donor ölkə kimi çıxış edir. Türkiyənin maliyyə dəstəyi verəcəyi gözlənilir.
“Çeyrançöl” layihəsi keçmiş Sovet ordusunun “General” adlandırdığı poliqonu əhatə edir. Bu layihəyə keçmiş Sovet ordusunun hərbi sursat anbarı olan Saloğlu layihəsinin uğurla başa çatdrılmasından sonra start verilib. Layihınin həyata keçirilməsi enerji təhlükəsizliyinin və ümumilikdə regionun təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır. Bakı-Tbilisi-Ceyhan boru kəməri həmin ərazilərdən keçir. Eyni ilə də regionda kənd təsərrüfatının inkişafına təkan verəcək. Çirklənmiş torpaqlar on illərdir ki, istifadəsiz qalıb”, - deyə baş nazirin müavini Abid Şərifov qeyd edib.
Ceyms Apaturay isə bildirib ki, Çeyrançöl layihəsi də Saloğlu layihəsi qədər əhəmiyyətlidir. “Bu təmizləmə əməliyyatlarına NATO-nun layihəsi kimi baxılmamalıdır. Bu ANAMA-nın böyük töhfəsidir. ANAMA artıq Azərbaycanla yanaşı Türkiyə, Gürcüstan və Əfqanıstanda da töhfələr verir. Agentliyin Əfqanıstan üçün ədəbiyyatlar çap edib paylaması, orada müəllimlər üçün təlimlər keçməsi çox əhəmiyyətlidir”, - deyə o qeyd edib.
Amerikanın Azərbaycandakı müvəqqəti işlər vəkili Adam Sterlinq də ANAMA ilə əməkdaşlıqdan ölkəsinin məmnunluq duyduğunu deyib. “Amerika indiyədək Azərbaycanda minatəmizləmə işlərinə 15 milyon vəsait ayırıb. ANAMA artıq tam funksioner və peşəkar minatəmizləmə agentliyidir. O öz fəaliyyətini artıq tərəfdaş ölkələrdə də yayır. ABŞ bu agentliklə əməkdaşlıqdan qürur duyur və ANAMA-nı təqdir edir”, - o vurğulayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin və Pezeşkian Aşqabadda görüşüb
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG