Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, müdafiə nazirinin əmrinə əsasənoktyabrın 6-dan Bakı şəhərində NATO-nun Müttəfiq Transformasiya Komandanlığının ekspert qrupu tərəfindən Azərbaycan Silahlı Qüvvələrində “NATO Günləri” keçirilir.
NATO-nun Hərbi Tərəfdaşlıq İdarəsinin rəisi Ali Çetinkayanın (Türkiyə) rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Silahlı Qüvvələrinin Hərbi Akademiyası, H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi və Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində xüsusi təyinatlı təhsil müəssisələrinin fəaliyyəti ilə tanış olacaq, brifinqlər təqdim edəcək və müzakirələr aparacaq.
Tədbir oktyabrın 8-dək davam edəcək.