Accessibility links

NATO Liviya böhranına müdaxilə etmək niyyətində deyil


NATO Liviya böhranına müdaxilə etmək niyyətində deyil
NATO Liviya böhranına müdaxilə etmək niyyətində deyil

NATO-nun baş katibi Anders Fog Rasmussen alyansın Liviya böhranına müdaxilə etmək niyyətində olmadığını, lakin vəziyyətin yaxından izləndiyini bildirib. Rasmussenin bəyanatı Ərəb Liqasının o ölkəyə hər bir xarici müdaxilənin əleyhinə olmasını bildirməsindən sonraya təsadüf edir. 22 üzvlü liqanın xarici işlər nazirləri uçuşlara yasaq zona ideyasını dəstəklədiyini və Liviya vətəndaşlarının müdafiəsi və təhlükəsizliyi üçün lazımı tədbirlər götürüləcəyini bildirib. ABŞ-ın müdafiə naziri Robert Geyts deyib ki, uçuşlara yasaq zonanı təsis edən Konqres komitəsi Liviya lideri Müəmmər Qəzzafinin havadan müdafiə sisteminə qarşı qabaqlayıcı hücum strategiyası tələb edə bilər.

XS
SM
MD
LG