Accessibility links

Navalnı saxlandıqdan sonra azad edilib


Rusiya müxalifət lideri Aleksey Navalnı bazar günü Moksvada Rusiyada mart ayında prezident seçkilərinə etiraz çağırışlarının edildiyi nümayişdə iştirak edən zaman saxlandıqdan bir qədər sonra azad edilib. Bu haqda onun vəkili məlumat verib.

Vəkil Olqa Mixaylova Reuters xəbər agentliyinə bildirib ki, Navalnı ona qarşı ittiham irəli sürülmədən azad edilib, lakin o bundan sonra qarşıdan gələn günlərdə məhkəmə qarşısına çıxarıla bilər.

Əgər Navalnıya qarşı nümayişlərin keçirilməsi ilə əlaqədar qanunu pozduğuna dair ititham irəli sürülsə, o, 30 günlük həbs cəzası ala bilər.

Aleksey Navalnı bazar günü günorta saatlarında Moskvanın Tverskaya küçəsində polis tərəfindən saxlanılmışdı. O, martın 18-i keçiriləcək prezident seçkilərinin boykot edilməsinə dəstək məqsədilə “Seçicilərin tətili” mitinqində iştirak etməyə hazırlaşırdı.

Rusiyanın Omskdan tutmuş Moskva və Sankt Peterburqa qədər 100-dən çox şəhərində Navalnı və onun tərəfdarlarının təşkil etdiyi “Seçicilərin tətili” mitinqləri keçirilib. Aksiyalarda minlərlə insanın iştirak etdiyi bildirilir.

Navalnı “Seçicilərin tətili” mitinqlərini onun 2018-ci ilin mart ayında keçiriləcək prezident seçkilərində iştirakına qadağa qoyulmasına etiraz əlaməti olaraq təşkil edib. Müxalifət lideri seçkiləri ədalətsiz adlandırır və öz tərəfdarlarını səsvermədə iştirak etməməyə çağırır.

Navalnının seçkilərdə iştirakı onun şərti həbs cəzasına məhkum olması ilə əlaqədar qadağan edilib. Müxalifət lideri özü bu ittihamları uydurma adlandırır. O, 17 idir Rusiyada prezident və baş nazir kimi hakimiyyətdə olan prezident Vladimir Putinin vəzifədə uzun müddət qaldığını bildirir. Navalnının sözlərinə görə, Putinin populyarlığı qərəzli media və legitim opponenetləri prosesdən kənarlaşdıran seçki sistemi ilə əlaqədardır.

XS
SM
MD
LG