Accessibility links

Navalnı xəstəxanadan cəzaçəkmə müəssisəsinə köçürülüb


Müxalifət lideri Aleksey Navalnı Vladimir vilayətindəki 3 saylı cəzaçəkmə müəssisəsinin xəstəxanasından Pokrov şəhərindəki 2 saylı kolona köçürülüb. O, şərti cəzası həqiqi cəza ilə əvəz edildikdən sonra mart ayında məhz bura köçürülmüşdü. Siyasətçi həbsxana rəhbərliyinə qarşı senzuraya və Quran kitabının verilməməsinə görə qaldırdığı iki məhkəmə iddiasından imtina edib.

"Dojd" xəbər verir ki, bu, Navalnının cəzaçəkmə müəssisəsinin rəhbərliyinə qarşı iddialarına dair məhkəmə iclasları zamanı məlum olub.

Navalnı iki həftədən çox davam edən aclıq aksiyasından sonra 18 aprel tarixində Pokrovdakı kolondan Vladimirdəki məhbuslar xəstəxanasına köçürülmüşdü. Xəstəxanada Navalnı mülki həkimlər tərəfindən müayinə edilmiş, bundan sonra aclıq aksiyasından imtina etməyə başlamışdı.

Məhkəmə iclasında Navalnı aldığı qəzetlərin senzurasına görə cəzaçəkmə müəssisəsinin rəhbərliyinə qarşı iddialarından imtina edib. Müxalifətçi cəzaçəkmə müəssisəsində dövri mətbuatdan bəzi məqalələrin kəsilməsi ilə bağlı bir hadisənin olduğunu deyib. Müəssisə rəhbərliyi bununla əlaqəsinin olmadığını bildirib. "İddianı geri götürmək istərdim, çünki indi senzuranın olmadığını qanuni olaraq təsbit etdiyimiz mərhələdəyik" - deyə, Navalnı qeyd edib.

O daha sonra özü ilə birlikdə gətirdiyi Quranı və digər kitablar arasında ona təhvil verilməsini rədd etdiyi üçün cəzaçəkmə müəssisəsinə qarşı qaldırdığı iddiasını da geri götürüb.

"Kitab almaq məsələsi vacibdir, bu, bir neçə ay çəkdi. Ancaq indi Quranım da var, Vladimir Sorokinin son kitabı da. Hətta İncil də var və sistem düzəlib. Mənə burada vacib olan fakt odur ki, kitablar artıq verilir və praktikanı asanlaşdırdıq. Mən də barışmaq istərdim. Oxumaq gücdür, bilik gücdür, kitablar vacibdir" - deyə, siyasətçi bildirib.

Hakim qısa müddətdə hər iki iddianı dayandırıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Donald Tramp ABŞ-ın 47-ci prezidentidir
please wait

No media source currently available

0:00 0:11:09 0:00
XS
SM
MD
LG