Accessibility links

Aleksey Navalni Rusiyada 2018-ci il prezident seçkilərinə qatılmaq istədiyini elan edib


Rusiyada korrupsiya əleyhinə fəal Aleksey Navalnı onun siyasi seçkilərə qatılmasına qoyulmuş qadağanın keçən ay ləğvindən sonra 2018-ci ildə prezident seçkisində namizədliyini irəli sürəcəyini bildirib.

Tərəqqi partiyasının 40 yaşlı lideri prezident Putinin ən kəskin tənqidçilərindən biri olub və Rusiya liderini rüşvətxorluqda və korrupsiyada ittiham edib.
Aleksey Navalnı seçkilərə qatılacağı ilə bağlı qərarını kampaniyasının yeni veb səhifəsində yaydığı video-bəyanatda elan edib.

"Təəssüf ki, biz səsvermənin heç nəyi həll etmədiyinə alışmışıq. Bu təəccüblü deyil, çünki Rusiyada 1996-cı ildən həqiqi seçki olmayıb. Bu da bizim indi belə acınacaqlı vəziyyətdə olmağımızın səbəblərindən biridir. Ona görə ki indi hakimiyyətdə olanlar artıq 17 ildir hakimiyyətdədirlər və onlar hər hansı tənbehə reaksiya verməyi dayandırıblar. Krem və hakimiyyət yalnız öz maliyyə məsələlərini həll etməklə məşğuldur"-deyə Navalnı bildirib.

Rusiyada 1996-cı ildən həqiqi seçki olmayıb. Bu da bizim indi belə acınacaqlı vəziyyətdə olmağımızın səbəblərindən biridir. Ona görə ki indi hakimiyyətdə olanlar artıq 17 ildir hakimiyyətdədirlər və onlar hər hansı tənbehə reaksiya verməyi dayandırıblar. Krem və hakimiyyət yalnız öz maliyyə məsələlərini həll etməklə məşğuldur.
Aleksey Navalnı

Navalnı 2011-ci ilin dekabrında seçki pozuntuları ilə müşayiət olmuş parlament seçkilərindən və 2012-ci ildə Putinin yenidən prezident seçilməsindən sonra kütləvi etiraz nümayişlərinə başçılıq etmişdi. O, hökumət rəsmilərinin dəbd'bəli həyat tərzini eks etdirən sənədləri açıqlayan korrupsiya əleyhinə fondun rəhbəridir.

Navalnı 2013-cü ildə dövlət əmlakının mənimsəniləməsi ittihamı ilə beş il müddətə şərti cəza alıb. Korrupsiya əleyhdarı fəal ittihamların siyasi motivlərlə əlaqədar olduğunu bildirib.

Bu ittihamlar Navalnının seçkilərdə iştirakının qarşısını alıb, lakin keçən ay Rusiyanın Ali məhkəməsi ona qarşı ittihamları ləğv edərək, işə təkrar baxılması haqda qərar verib.

Navalnı təkrar məhkəmə prosesində məhkum olsa, onun seçkidə iştirakı yenidən qadağan olunacaq.

Kampaniya üçün hazırlanan video müraciətdə Navalnı Rusiyanın müharibələrdə iştirakı, medianın yaydığı dezinformasiya kimi məsələlərə toxunub və eyni zamanda, korrupsiyaya qarşı mübarizəni də davam etdirmək istədiyini deyib. "Mən bu hakimiyyətlə bu məsələni müzakirə etmək istəyirəm-nə vaxti kimi biz pullarını evlərindəki çamadanlarda saxlayan nazirləri hakimiyyətdə görməyə davm edəcəyik?"-deyə Navalnı bildirib.

Rusiya prezidenti Vladimir Putin 2018-ci ildə seçkilərdə iştirak edib-etməmək haqda qərarını hələ açıqlamayıb.

XS
SM
MD
LG