Accessibility links

Məhkəmə Navalnının kassasiya şikayətini təmin etməyib


Rusiyanın ən yüksək məhkəməsi seçki rəsmilərinin müxalifət lideri Aleksey Navalnının mart seçkilərində iştirak etməsinin qarşısını almaq qərarını təsdiq edib.

Şənbə günü Ali Məhkəmə Navalnının Mərkəzi Seçki Komissiyasının qərarının əleyhinə irəli sürdüyü kassasiya şikayətini təmin etməyib və bildirib ki, onu seçkidə iştirakının qarşısını almaq qərarı tamamilə qanunlara uyğundur.

Etimad reytinqi 80 faiz olan prezident Vladimir Putinin martın 18-də keçiriləcək səsvermədə qalib gələcəyi gözlənilir.

Navalnı fırıldaqçılıq ittihamı ilə namizədliyinə qarşə tətbiq edilən qadağaya baxmayaraq il boyu seçki kampaniyası aparıb. Çoxları ona qarşı sürülən ittihamın siyasi motivli olduğunu düşünür. Seçki rəsmiləri onun adının seçki bülleteninə daxil edilməsinin rəsmi olaraq bazar ertəsi qarşısını alıb.

Navalnı qadağaya cavab olaraq səsvermənin boykot edilməsinə çağırıb. Kreml bildirib ki, bu çağırışın qeyri-qanuni olub-olmadığını araşdıracaq.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG