Rusiya müxalifət lideri və korrpusiya əleyhdarı Aleksey Navalnı Qış Olimpiya Oyunları zamanı Soçiyə səfər etmək üçün Rusiya Təhqiqat Komitəsindən icazə istəyib. Bu haqda məlumat Moskvanı tərk etmək icazə olmayan Navalnının mətbuat üzrə nümayəndəsi tərəfindən və onun bloq səhifəsində yayılıb.
Qış Olimpiya Oyunlarına külli miqdarda maliyyənin sərf olunması faktını tənqid edən Navalnı keçən həftə öz bloqunda Soçi Olimpiyadasına 2010-cu ildə Vankuverdə Qış Olimpiya oyunlarından beş dəfə artıq maliyyə sərf olunduğunu və xərclərin 50 milyard dollara çatdığını bildirib.
2011-2012-ci illərdə Rusiya prezidenti Vladimir Putin əleyhinə küçə nümayişlərinə başçılıq edən Navalnının keçən il iyul ayında Kirov regionunda 16 milyon rubl (500 min ABŞ dolları) məbləğində maliyyə oğurlanmasının təşkilinə görə məhkum edilməsindən sonra onun Moskvanı tərk etməsinə icazə verilmir.
Aleksey Navalnı məhkum olunmasını Kremli tənqid etdiyinə görə prezident Vladimir Putin tərəfindən qisas kimi qiymətləndirib. O, oktyabr ayında oğurluq və çirkli pulların yuyulması ittihamları ilə qarşılaşıb.
Keçən həftənin cümə günü müxalifət lideri öz bloqunda Soçi Olimpiadasında obyektlərin inşası ilə tanış olmaq məqsədilə üç gün müddətinə şəhəri ziyarət etmək üçün Rusiyanın Təhqiqat Komitəsinə müraciət etdiyi haqda məlumat yerləşdirib. Onun mətbuat üzrə nümayəndəsinin verdiyi açıqlamaya görə, Navalnı səfərlə əlaqədar rəsmi müraciət göndərib və komitə onun müraciətinə bir həftə ərzində cavab verməlidir.
Aleksey Navalnı Soçiyə işlərin gedişi ilə tanış olmaq və korrupsiya hallarının baş verib-vermədiyini müəyyən etmək məqsədilə getmək istədiyini bildirib.
Rusiyanın Təhqiqat Komitəsi həftə sonu müraciətlə bağlı hər hansı bir şərh verməyib.