Accessibility links

Laboratoriya Aleksey Navalnının zəhərləndiyini istisna edib


Rusiyanın tibb mərkəzinin bildirdiyinə görə, müxalif siyasətçi Aleksey Navalnının təhlillərini keçirən laboratoriya onun zəhərləndiyini istisna edib.

Sklifosovski mərkəzinin baş terapevti Aleksey Tokarev iyulun 31-də bildirib ki, Navalnının təhlilləri iyulun 29-da laboratoriyaya göndərilib və laboratoriya onun zəhərləndirinə dair heç bir nəticə əldə etməyib.

30 gün müddətinə həbs cəzası ilə bağlı apellyasiya müraciətinə cavab gözləyən Navalnı üzünün şişməsi və səpkilərlə əlaqədar olaraq xəstəxanada qaldıqdan sonra yenidən həbsxanaya gətirələn zaman xəstəliyi haqda açıqlamalar verib.

“Yəni onlar bu qədər ağılsızdırlar ki, bütün şübhələrin yalnız onlara işarə etdiyi yerdə səni zəhərlənsinlər?”, Navalnı belə sual edib.

Özünün veb səhifəsində yerləşdirdiyi yazıda Rusiya müxalifət lideri “nə yeməyə, nə toza, nə də başqa bir şeyə heç vaxt allergiyası olmadığını” bildirib.

Kremlin kəskin tənqidçisi olan Navalnı sosial mediada üzü şişmiş və bir gözü bağlı fotosunu yerləşdirib.

Navalnının həkimi Anastasiya Vasilyeva onun xəstəxanadan yenidən həbsxanaya qaytarıldığı zaman Navalnının kimyəvi maddə ilə zəhərləndiyi ehtimalının olduğunu deyib.

Rusiya müxalifət lideri iyulun 27-də sanksiyalaşdırılmamış mitinqə çağırdıqdan sonra həbsə məhkum olub. Mitinq zamanı təxminən 1400 nəfər saxlanılıb. Beynəlxalq ictimaiyyət polisin nümayişçilərə qarşı güc tətbiq etməsini zorakı və “qeyri-proporsional” adlandıraraq qınayıb.

XS
SM
MD
LG