Accessibility links

Navalnı Moskvanın Borisov qəbiristanlığında dəfn edildi


Navalnının silahdaşı İvan Jdanov Telegram-da "Əlvida dostum. 4.6.1976 – 16.2.2024. Putin tərəfindən öldürüldü” yazıb.

Rusiyanın mərhum müxalifət liderinin valideynləri Lyudmila Navalnaya və Anatoli Navalnının Borisov qəbiristanlığında oğullarının dəfn mərasimində iştirak edib.

Alekseyin dəfn mərasimi Moskvanın cənub-şərqindəki Marino rayonundakı kilsədə baş tutub.

Current Time yazır ki, müxalifətçinin cəsədi olan tabut kilsədən çıxarılarkən oraya toplaşanlar "Navalnı", "Biz bağışlamayacağıq" və "Putin qatildir" şüarları səsləndirməyə başlayıb.

Navalnının komandası X sosial şəbəkəsində Navalnı dəfn edildikdən sonra insanların qəbiristanlığa getməsinə icazə verilmədiyini bildirib və “ vidalaşmağa icazə verib!”ç deyə tələb edib.

Vida mərasimində minlərlə insan Navalnı ilə vidalaşmaq üçün kilsənin qarşısında növbədə dayanıb.

Siyasətçinin cənazəsi mərasim üçün kilsəyə gətirildikdə alqışlarla və "Navalnı!" sədaları ilə qarşılanıb.

Rusiyadan kənarda olan və ərinin dəfnində iştirak edə bilməyən siyasətçinin həyat yoldaşı Yuliya Navalnaya X sosial şəbəkəsində yazıb: "Mən sənsiz necə yaşayacağımı bilmirəm, amma sənin göylərdə mənim üçün sevinmən və mənimlə fəxr etmən üçün əlimdən gələni edəcəyəm. Buna nail olub-olmayacağımı bilmirəm, amma çalışacağam" .

O, ərinə "26 illik xoşbəxtliyi" üçün təşəkkür edib.

Forum

XS
SM
MD
LG