Accessibility links

Navalnının ən yaxın tərəfdaşları “ekstremist və terrorçu”lar siyahısına salınıb


İvan Jdanov (sağda) və Leonid Volkov
İvan Jdanov (sağda) və Leonid Volkov

Rusiyada həbsdə olan müxalif siyasətçi Aleksey Navalnının ən yaxın tərəfdaşları İvan Jdanov və Leonid Volkovun adı ölkənin “ekstremist və terrorçu” siyahısına salınıb.

Yanvarın 14-də hər ikisinin adı Rosfinmonitorinq-in reyestrinə daxil edilib və onlar sağçı millətçi qruplar və Taliban və İslam Dövləti ekstremist qruplaşması kimi xarici terror təşkilatları ilə eyni səviyyəyə qoyulub.

Rusiya qanunvericiliyinə əsasən siyahıya əlavə edilən fiziki şəxslərin bank hesabları dərhal dondurulmalıdır.

Həm Navalnının Rusiya üzrə hazırda fəaliyyət göstərməyən komandalar şəbəkəsinin 41 yaşlı keçmiş koordinatoru Volkov, həm də Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun (FBK) keçmiş rəhbəri Jdanov keçən il ölkəni tərk edib və hazırda xaricdə yaşayırlar.

Rusiya keçən il iki fəalı beynəlxalq axtarışa verdiyini açıqlamışdı.

33 yaşlı Jdanov “Current Time”-a “Rosfinmonitorinq”in bu addımının gözlənilən olduğunu deyib və bunu “Rusiya dövlətinin faşist üsullarından biri” kimi xarakterizə edib.

"Fəaliyyətimizi davam etdirəcəyik və heç bir şəkildə dayandırmayacağıq" - deyə Jdanov bildirib.

"Bizim fəaliyyətimizin onlar üçün problem olduğunu, tikan kimi batdığını hiss etmək çox xoşdur. [Rusiyada] repressiya həqiqətən ciddi nəticələri olan kütləvi bir hala çevrilib" Jdanov deyib. "Rusiyada bu gün baş verənlər prezident Vladimir Putinin siyasətindən qaynaqlanır" deyə, o əlavə edib.

Korrupsiyaya Qarşı Mübarizə Fondu (FBK) son on ildə Navalnı LIVE kanalı vasitəsilə korrupsiya iddialarını əks etdirən və geniş şəkildə izlənilən videoları yüksək vəzifəli dövlət məmurlarını amansızcasına hədəf alıb.

Navalnının siyasi şəbəkəsi olan “ağıllı səsvermə” strategiyası Kremlə bağlı fiqurları məğlub edə biləcək namizədləri təşviq etmək üçün nəzərdə tutulmuş layihənin həyata keçirilməsində mühüm rol oynayıb.

Keçən il Moskva Şəhər Məhkəməsi FBK və Navalnı ilə əlaqəsi olan bütün qrupları ekstremist elan edib, Navalnı və onun Rusiyadakı bütün regional şəbəkəsi ilə əlaqəli şəxslərin dövlət vəzifələrinə yiyələnməsinin qarşısını alıb.

Qərarda təşkilatlarla əməkdaşlıq etmiş fəallar üçün uzunmüddətli həbs cəzası nəzərdə tutulur.

Navalnının özü 2021-ci ilin fevral ayından həbsxanadadır. O, Almaniyadan Rusiyaya qayıtmadan bir ay əvvəl həbs cəzasına məhkum edilib. Almaniyada o, Putinin sifarişi ilə sinir sistemini iflic edən “Noviçok” tipli ölümcül maddə ilə zəhərləndiyinə görə müalicə olunurdu.

Kreml Navalnının zəhərlənməsində hər hansı rolunu rədd edib.

XS
SM
MD
LG