Accessibility links

Navalnının dul arvadı onun xəstəliklərdən öldüyü barədə iddianı rədd edir


Mərhum rusiyalı dissident Aleksey Navalnının dul qalan həyat yoldaşı cümə axşamı bildirib ki, müstəntiqlər ona ərinin fevral ayında Arktika həbsxanasında olarkən ölümünə "bir neçə xəstəliyin" səbəb olduğunu deyib. O, bu qərarı cəfəngiyyat adlandıraraq, rədd edib.

Yuliya Navalnayanın bildirdiyinə görə, ərinin qətl hesab etdiyi cinayət təhqiqatının aparılmasını tələb edəcək və Navalnının komandası öz təhqiqatını davam etdirəcək.

Rusiya müxalifətini ən xarizmatik və populyar lideri olan 47 yaşlı Navalnı fevralın 16-da qəflətən ölüb. Prezident Vladimir Putinə qarşı tənqidi fikirləri susdurmaq üçün həbs edildiyini deyən Navalnı ona qarşı irəli sürülən ittihamlarla 30 ildən çox həbs cəzası çəkməli idi.

Kreml tərəfdarları onun Putin tərəfindən öldürülməsi ilə bağlı ittihamları qəti şəkildə rədd edib.

Yuliya Navalnaya keçən həftə aldığı üç səhifəlik rəsmi məktubun surətini sosial şəbəkələrdə dərc edib. Həmin məktubda onun həyat yoldaşının ölümü ilə bağlı heç bir cinayət işi olmadığı və buna görə də istintaqa əsas olmadığı bildirilib.

Məktubu eyni istintaq məmuru Aleksandr Varapayev imzalayıb. Navalnayanın dediyinə görə, həmin şəxs onun ərinin cəsədini gizli şəkildə dəfn etməyə razılıq vermədiyi təqdirdə, anasına təhvil verməkdən imtina edib. Lakin anası bu tələbi rədd edib.

Məktubda deyilib ki, Navalnı həbsxananın həyətində gəzərkən qəflətən özünü pis hiss etdiyi üçün tibb bölməsinə aparılıb və orada işçilər "ürək masajı və süni tənəffüslə" onu xilas etməyə çalışıb. Təcili yardım qrupu göndərilsə də, onu həyata qaytarmaq mümkün olmayıb.

Forum

XS
SM
MD
LG