Accessibility links

Ağ Ev müşaviri: Heç bir ölkə rüsumlardan istisna edilməyəcək!


Ağ Evin ticarət məsələləri üzrə müşaviri Piter Navarro bu gün bildirib ki, ABŞ prezidenti heç bir ölkəni polad və alüminium idxalına görə tariflərin artırılmasında istisna etməyi planlaşdırmır.

Rüsumlar ölkənin və sözün əsl mənasında iqtisadi təhlükəsizliyin müdafiəsi mahiyyəti daşıyır

Navarronun dediyinə görə, polada 25, alüminiuma isə 10 faiz nəzərdə tutulan rüsumları ilə bağlı detallar gələn 10 gün ərzində yekunlaşdırılacaq.

Donald Trampın əsas metallarla bağlı bu qərarı bizneslə əlaqəli olan respublikaçı qanunvericilərin narahatlığına yol açıb. Kanada və Avropa Şurası da buunla bağlı narazılığını ifadə edib.

Navarro isə rüsumların ölkənin təhlükəsizliyinin və sözün əsl mənasında iqtisadi təhlükəsizliyin müdafiəsi mahiyyəti daşıdığını bildirib. Navarronun sözlərinə görə, Tramp tərəfləri diqqətlə dinlədikdən sonra kəskin ölçülər götürüb.

Ağ Ev müşaviri prezidentin qərarının düzgün olduğunu bildirərək, digərlərini istisna etməklə hər hansısa ölkənin idxalına rüsum artımı, "sürüşkən yolda irəliləmək" olduğunu bildirib.

Navarro əlavə edib ki, ABŞ dünyaya sadə bir mesaj göndərir, bu da artıq bununla razı deyilik və istədiyimiz nəticəni əldə edə bilmirik. O, ABŞ-ın xarci ticarətinin ədalətli olmadığıbı bəyan edib.

XS
SM
MD
LG