Accessibility links

Navaz Şərif məhkəmə qarşısına çıxarılıb


Pakistanın keçmiş baş naziri Navaz Şərif tərəfdarlarını salamlayır. 19 dekabr, 2017

Pakistanın keçmiş baş naziri Navaz Şərif ona qarşı korrupsiya ilə əlaqədar üç işlə bağlı məhkəmə qarşısına çıxarılıb.

Tərəfdarları İslamabad məhkəməsi qarşısına toplaşaraq, Navaz Şərifə dəstəklərini nümayiş etdiriblər. İki ay əvvəl iddianamə təqdim olunduqdan sonra keçmiş baş nazir günahkar olmadığını bildirmişdi.

Çərşənbə axşamı məhkəmə hakimki Şərif və ailə üzvlərinə qarşı Panama hüquq firmasından sızan sənədlərin səbəb olduğu rüşvət iddialarına baxıb.

İddialar ortaya çıxdıqdan sonra Pakistanın Ali Məhkəməsi aktivlərini gizlətdiyi üçün Navaz Şərifi baş nazir vəzifəsindən kənarlaşdırmışdı.

XS
SM
MD
LG