Accessibility links

Hərbi Dəniz Bazasının Vaşinqton qərargahı normal iş fəaliyyətinə başlayır


Hərbi Dəniz Bazasının Vaşinqton qərargahı bu gün normal iş fəaliyyətlərini demək olar ki tam bərpa edir. Təhqiqatçılar qərargahda hadisəni törədən şəxslə bağlı araşdırmanı davam etdirirlər.

Hərbi Dəniz Bazasında 12 nəfərin ölümünə səbəb olan Aaron Aleksisinin atəş açdığı 197 saylı binadan başqa bütün bölmələrin bu gün fəaliyətini tam bəroa etməsi gözlənilir. Veteranlar Departamentinin rəsmiləri bildirir ki, sabiq hərbi dəniz qüvvələri hərbçisi Aaron Aleksis hadisədən iki həftə əvvəl Virciniya ştatında iki xəstəxanada müayinə olunub. O, yuxusuzluqdan şikayətçi olub.

Təhqiqatçılar Aleksisin Virciniyanın xəstəxanalarından birində əqli çatışmazlıqdan müalicə olunduğunu və davamlı olaraq səslər eşitdiyini deyirmiş.
XS
SM
MD
LG