Accessibility links

Naxçıvanın Ali Məclisi buraxıldı


Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə də növbədənkənar seçkilər keçiriləcək.

Bu barədə dekabrın 9-da Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov sərəncam imzalayıb.

Buna əsas kimi Prezident İlham Əliyevin imzaladığı "Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında" Sərəncam və Naxçıvan Muxtar Respublikası Konstitusiyası göstərilib.

Naxçıvan MR Ali Məclisinə növbədənkənar parlament seçkiləri, Azərbaycan Milli Məclisinə olduğu kimi, fevralın 9-na təyin edilib.

Naxçıvan Azərbaycanın tərkibində muxtar respublikadır. Onun parlamentinin tərkibi 45 deputatdan ibarətdir. Muxtar respublikada da növbəti parlament seçkiləri əslində gələn ilin noyabrında olmalı idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 30-dan çox raket və pilotsuz təyyarəsini vurub
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. İlham Əliyev və Nikol Paşinyan arasında Kişinyonvda görüş.
please wait

No media source currently available

0:00 0:29:22 0:00
XS
SM
MD
LG