Accessibility links

Qarsdan Naxçıvana dəmir yolu çəkiləcək


Naxçıvan
Naxçıvan

Naxçıvan-Qars (Türkiyə) dəmiryolunun yaradılması layihəsi ətraflı müzakirələrdən sonra Azərbaycan hökumətinə təqdim olunacaq.

Trend agentliyi Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahova istinadən bildirir ki, hazırda türkiyəli mütəxəssislər dəmiryolunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsi layihəsi üzərində çalışır.

"Layihələndirmə işlərinin əhəmiyyətli hissəsi Azərbaycan ərazisində aparılacaq", o qeyd edib.

M.Pənahov deyib ki, layihə çərçivəsində Azərbaycan ərazisində 13 kilometrə yaxın yeni dəmiryolun tikintisi, eləcə də 160 kilometr yolun bərpası nəzərdə tutulur: "Bu, kifayət qədər böyük layihədir və ərtaflı müzakirələrdən sonra baxılması üçün ölkə hökumətinə təqdim ediləcək".

Naxçıvan-Qars dəmiryolu layihəsi çərçivəsində İran sərhədindən Sədərəkədək yolların bərpası, eləcə də daha 10 kilometr yolun çəkilişi nəzərdə tutulur.

İlkin məlumatlara görə, Naxçıvan-Qars dəmiryolunun həyata keçirilməsi üçün bir milyard manat vəsait tələb olunur.

XS
SM
MD
LG