Accessibility links

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Naxçıvana səfər edib


Derek Hoqan
Derek Hoqan

O rəsmi şəxslərlə, siyasi partiya təmsilçiləri və vətəndaş cəmiyyətinin rəhbərləri ilə görüşüb. İqtidarda olan YAP-ın yerli təşkilatında görüş baş tutmayıb

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Derek Hoqan sentyabrın 17-18-də Naxçıvanda səfərdə olub.

Amerikan səfirliynin məlumatına görə, D.Hoqan Naxçıvan və regiondakı seçkiqabağı mühit barədə məlumat almaq, Amerikanın azad və ədalətli seçkilərə dəstəyini çatdırmaq üçün Xarici İşlər Nazirliyinin Naxçıvan idarəsinin rəisi Əsgər İsmayılov, yerli Mərkəzi Seçki Komissiyasının rəsmiləri və vətəndaş cəmiyyəti nümayəndələri ilə görüşüb.

O, həmçinin Xalq Cəbhəsi və Musavat Partiyasının yerli təşkilatlarının rəsmiləri ilə görüşüb. Müvəqqəti işlər vəkili Yeni Azərbaycan Partiyasının nümayəndələri ilə görüş istəsə də, cədvəllərin toqquşması səbəbilə görüş baş tutmayıb.

D.Hoqan rektor Saleh Məhərrəmovla birgə Naxçıvan Dövlət Universitetində mübadilə proqramları, ingilis dilinin tədrisi ətrafında tələbələrlə söhbət edib.

Cənab Hoqan Düz Dağ Fizioterapiya Mərkəzinə, Nuh sərdabəsinə və Möminə Xatun məqbərəsinə baş çəkib.
XS
SM
MD
LG