Accessibility links

Nayrobidə girov böhranı davam edir


Somalinin Əl-Şəbəb silahlı qruplaşması Keniyanın ticarət mərkəzində hələ də girovların saxlandığını bəyan edib. Qrupun Twitter mesajında deyilir ki, yaraqlılar ticarət mərkəzində möhkəm mövqedədir və binada çoxsaylı cəsəd var.

Keniya ordusu binanın daxilində əməliyyatların davam etdirildiyini bildirib və Əl-Şəbəb propoqandasına məhəl qoymamağa çağırıb.

Daha əvvəl Keniyanın daxili işlər naziri bildirmişdi ki, Nayrobinin ticarət mərkəzində girov götürülən insanların əksəriyyəti azad edilib.Cozef Ole Lenku Keniya qüvvələrinin Uestqeyt mərkəzinin tam nəzarətini ələ keçirdiyini demişdi.

Bu gün də ticarət mərkəzindən partlayış və atəş səsləri eşidilib. Şənbə günü islamçı yaraqlıların hücumuna cavab olaraq hərbi qüvvələr əməliyyata keçib. 10 şübhəlinin həbs edildiyi, 3 yaraqlının öldürüldüyü, 11 əsgərin yaralandığı xəbər verilir.

Ölənlər arasında Britaniya, Kanada, Çin,Fransa, Hindistan və Cənubi Koreya vətəndaşları var.

ABŞ prezidenti Barak Obama Keniya prezidenti Uhuru Kenyatta ilə danışdığını və Keniyaya yardım təklif etdiyini bildirib.
XS
SM
MD
LG