Accessibility links

Nazirlik bir sıra saytların girişinə blok qoyulması tələbi ilə məhkəməyə müraciət edib


Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi Azərbaycanda bəzi saytlarının bloklanması tələbilə məhkəməyə müraciət edib.

Nazirlik azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını və “Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” teleproqramlarına girişə blok qoyulmasını tələb edir.

Bu haqda çapını dayandırmış “Azadlıq” qəzetinə Səbail rayon Məhkəməsindən bildiriş gəlib.

Bildirişdə qeyd edilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin adı çəkilən internet resurslara qarşı iddiası məhkəmə baxışına qəbul edilib.

İddia azadlıq.info, azadlıq.org, azərbaycansaatı.com, meydan.tv saytlarını və Turan” telekanalı (Turan TV) və “Azərbaycan saatı” internet informasiya ehtiyatlarına müraciətin məhdudlaşdırılması ilə bağlıdır.

Sözügedən mülki iş üzrə məhkəmə iclası aprel 27-nə saat 11:20-a təyin olunub.

İddiaya hakim Nurəddin Bağırovun sədrliyi ilə baxılacaq.

AzərbaycandA artıq bir aydan çoxdur adları sadalanan saytlara giriş mümkün deyil.

XS
SM
MD
LG