Accessibility links

Baş qərargah rəisi cəbhə bölgəsinə səfər edib


Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəsisi Nəciməddin Sadıqov
Müdafiə naziri Zakir Həsənov və Baş Qərargah rəsisi Nəciməddin Sadıqov

Səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının yoxlanılmasıdır

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi Nəcməddin Sadıkovun rəhbərliyi ilə Baş Qərargahın zabitlərindən ibarət qrup cəbhə bölgəsində yerləşən hərbi birlik və birləşmələrdədir.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə səfərin məqsədi təmas xəttində yerləşən bölmələrin döyüş qabiliyyətinin, müdafiənin dayanıqlığının, maddi-texniki və digər təminat növləri, silah-sursat, hərbi texnika ilə təchizatının, şəxsi heyətin mənəvi-psixoloji vəziyyətinin, nizam-intizamın və sosial şəraitinin yoxlanılmasıdır.
XS
SM
MD
LG