Accessibility links

Azərbaycan ordusunun əsgəri həlak olub


Cəbhə xətti
Cəbhə xətti

Əsgər snayper atəşi ilə vurulub

Fevralın 6-da Ermənistan Silahlı Qüvvələrinin atəşkəs rejimini pozaraq Azərbaycan Ordusunun mövqelərini atəşə tutması nəticəsində bir hərbçi həlak olub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Azərbaycan Silahlı Qüvvələrinin müddətdən artıq həqiqi hərbi xidmət keçən əsgəri Eşqin Quliyev döyüş tapşırığını yerinə yetirərkən snayper atəşindən həlak olub.

Ermənistan Müdafiə Nazirliyi hələ Azərbaycan tərəfinin məlumatına reaksiya verməyib.

Ermənistan-Azərbaycan cəbhəsində durum gərgin olaraq qalmaqdadır. Yanvarın ortalarından başlanan atışmalar hələ də davam edir.

Azərbaycan Müdafiə Nazirliyi bildirir ki, cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 40 dəfə pozulub. Atışmalar bütün cəbhə boyu davam edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Slovakiyada baş nazir Fitsoya atəş açılıb, vəziyyəti ağırdır
please wait

No media source currently available

0:00 0:11:06 0:00
XS
SM
MD
LG