Accessibility links

"Nəfəs ala bilən" süni dəri [Video]


"Nəfəs ala bilən" süni dəri
please wait

No media source currently available

0:00 0:01:57 0:00

"Nəfəs ala bilən" süni dəri

Yanmış xəstələri müalicə etmək və yeni dəri inkişaf etdirmək üçün süni dəridən artıq onillərdir istifadə olunur. Amma kollagen bünovrəsində yeni qan damarlarının inkişaf etməsi həftələrlə vaxt alır. Bu yeni qan damarları yeni dərinin inkişaf etdiyi bədən hissəsinə oksigen daşıya bilənə qədər, dəri “nəfəs ala bilmir” və bu səbəbdən də həmin nahiyə infeksiyalar qarşısında aciz olur.

Tomas Eqana çox sadə problemi həll etməyə çalışır: süni dərinin nəfəs almasını necə təmin etmək olar?

Tomas Egana: “Toxuma yaradıclığı, başqa sözlə desək, süni orqan inkişaf etdirməyin ən böyük çətinliklərindən biri bu orqanı oksigenləşdirməkdir. Məsələn, biz çox böyük süni orqan yaradırıq. Buradakı sual isə bu orqanı daxildən necə oksigenlə təmin etməkdir. Bundan əlavə isə biz bu cismləri xəstənin bədəninə yerləşdirdikdə, əksər hallarda onlar vakulyarizasiya edilmir - yəni ora qan getmir, bədən oksigenlə təmin olunmur. Ona görə də sual yaranır: Dərinin qan darları olmadan bədəndə necə yaşayacaq?”

O cavabı yosunlar, yəni bitkilər kimi fotosintez yolu ilə oksigen yaradan unikal orqanizmlərdə tapıb.

Egana: “Biomikro-yosunları, yəni mkroskopik bitkiləri digər cismlərlə birləşdiririk. Məsələn, biz süni dərini qoyduğumuzda, bitkilərin xüsusiyyətlərini görürük. Bu o deməkdir ki, dəri işıqda olanda oksigen istehsal edir. Bundan əlavə bu mikro-yosunlar genetik cəhətdən modifikasiya edilə bilər ki, oksigen istehsal etməklə yanaşı antibiotik, iltihab əleyhinə və pro-regenerativ molekullar istehsal etsinlər. Yəni biz tamamilə süni olan amma eyni zamanda canlı hissəsi olan, oksigen və pro-regenerativ molekullar istehsal edə bilən cism əldə edəcəyik.”

Tomas Egana
Tomas Egana

Egana deyir ki, bu, yeni dəri inkişaf etdirməkdən əlavə başqa sahələrdə də tətbiq oluna bilər.

Egana: “Mən sizə süni dəri ilə bir neçə variant irəli sürürəm. Oksigen bir çox proses üçün çox vacib molekuldur. Oksigen çatışmazlığı ilə bağlı bir çox xəstəlik var. Bizim isə etmək istədiyimiz eyni texnologiyanı transplantasiya, bədxassəli şişlərin müalicəsi və başqa yaraların regenerasiyasж kimi bir çox xəstəliklərə tətbiq etməkdir.”

Yaşıl süni dəri ilə heyvanlar üzərində aparılan sınaqlar müvəffəqiyyətli olub. İndi də tədqiqatçılar 2017-ci ildə xəstəxanalarda insan üzərində sınaqlar keçirməyi planlaşdrırırlar.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG