Accessibility links

Səudiyyə ilə Rusiyanın bazar uğrunda mübarizəsi nəticəsində neftin qiyməti kəskin düşüb


Səudiyyə ilə Rusiyanın bazar uğrunda mübarizəsi nəticəsində neftin qiyməti kəskin düşüb
please wait

No media source currently available

0:00 0:02:32 0:00

Dünya boyu neftin qiymətləri düşüb və adi insanlar buna görə sevinir. Amma iqtisaçılar deyir ki, dünya bazarlarında neftin qiymətinin düşməsi səbəbilə gəlirin azalması nəticəsində qlobal iqtisadiyyata ziyan dəyə bilər. Ekspertlər ölkələr arasınsa həmrəyliyə çağırır, çünki bir ölkənin iqtisadiyyatının çökməsi gec-tez digər ölkələrin iqtisadiyyatlarına da xələl gətirə bilər.

Neftin qiymətinin düşməsi adi vətəndaşların xoşuna gəlir.

Bir çox istehsalçı hasilatı artırdı, indi bazarda neft artığı var. Yəni neft çoxdur, amma tələbat çox deyil.
Fatih Birol

“Adi insanlar çətinliklərlə üzləşirlər, ona görə də qiymətlərin düşməsi onlar üçün yaxşıdır. İndi festival vaxtıdır, insanların daha çox xərcləri olur,” Hindistan sakini Sonu deyir.

Səudiyyənin başçılıq etdiyi OPEC neft karteli Rusiya ilə koronavirusun dünya bazarlarına təsirini azaltmaq üçün hasilatı azaltmaq üzərində razılıq əldə edə bilmədiyi üçün xam neftin qiyməti kəskin düşüb. Səudiyyə Ərəbistanı razılığın əldə olunmamasına cavab olaraq neftin qiymətini azaltdığını və tədarükü artırdığını elan edib. Təhlilçilər deyir ki, neft qiyməti üzərində müharibə qiymətlərin azalmasına səbəb olur.

“Bir çox istehsalçı hasilatı artırdı, indi bazarda neft artığı var. Yəni neft çoxdur, amma tələbat çox deyil,” Beynəlxalq Enerji Agentliyindən Fatih Birol bildirir.

Bazar ertəsi ən böyük neft treyderləri son illərin ən pis göstəricilərini əldə etdilər. Rusiya rublunun dəyəri isə 9 faiz azaldı.

“Rusiyalılar bunu uzun-müddətli strareji hesablamalar nəticəsində edir. Bu onlara qisa müddətdə ziyan vuracaq, amma onlar düşünür ki, bunu etməklə ABŞ-ın şist neft hasilatçılarına əhəmiyyətli maddi ziyan vura bilərlər,” Macro-Advisory konsaltinq şirkətindən Tom Adşed bildirir.

Onların milli ehtiyat fondunda indiki kimi dar günlər üçün 150 milyard rubl pulları var ki, neftin qiyməti aşağı olanda onlar bu pulu istifadə edə bilsinlər.
Tom Adşed

Adşed deyir ki, Rusiya zərərlərini kompensasiya etmək üçün ehtiyat toplayıb.

“Onların milli ehtiyat fondunda indiki kimi dar günlər üçün 150 milyard rubl pulları var ki, neftin qiyməti aşağı olanda onlar bu pulu istifadə edə bilsinlər,” Adşed söyləyir.

Ancaq bəzi təhlilçilər deyir ki, neft istehlakı və neftə tələbat bu il azalacaq çünki koronavirusun yayılması ilə bir çox insan evdən bayıra çıxmamağa məcbur olur.

“Biz son 11 ildə ilk dəfədir ki, bu il neftə tələbatın və istehlakın azalacağını gözləyirik. İndiyədək hər il artırdı, indi isə Çində və qlobal itqisadiyyatda baş verənlərə görə azalır,” Fatih Birol deyir.

Koronavirusla bağlı qorxular dünya bazarlarında çaxnaşma yaradıb və ekspertlər deyir ki, bununla yanaşı neftin qiymətinin kəskin düşməsi iqtisadi tənəzzülə yol aça bilər.

Beynəlxalq Enerji Agentliyinin başçısı həm kiçim həm böyük ölkələr arasında həmrəyliyə çağırır çünki onun sözlərinə görə, təkcə bir iqtisadiyyatın çökməsi qlobal iqtisadiyyata təsir göstərə bilər.

XS
SM
MD
LG