Accessibility links

Neft qiymətləri OPEK-in hasilatın azaldılması qərarından sonra artıb


Neft qiymətləri OPEK təşkilatının hasilatın 2008-ci ildən sonra ilk dəfə olaraq azaldılması haqda qərarından sonra artmağa başlayıb.

Bu qərar artıq çərşənbə axşamı günü neft qiymətlərində 10 faiz artım və ümumilikdə enerji resurslarının qiymətlərinin artmasına gətirib çıxarıb. Cümə axşamı günü qiymət artımı daha az templə davam edərək, bir barel neftin qiymətinin 50 dollar həddinə çatması ilə nəticələnib.

OPEK prezidenti Məhəmməd Bin Saleh Əl-Səda müxbirlərə razılıqla bağlı açıqlama verib.

“OPEK-in neft hasilatının 1,2 milyon barrel azaldılması qərarı gündəlik istehsalı 32.5 milyon barelə endirəcək. Qərar 2017-ci il yanvarın 1-dən qüvvəyə minəcək.”

Çərşənbə günü Vyanada görüşdən öncə Səudiyyə Ərəbistanının energetika naziri təşkilata üzv olmayan ölkələrdən də hasilatın azaldılmasını istəyəcəyini bildirib.

OPEK-ə üzv olmayan Rusiya hasilatın gündə 300 min barrel səviyyəsinə endirilməsinə razılıq verib.

Neft istehsal edən ölkələrin daxil olduğu təşkilat dünya üzrə neft qiymətlərinin bir barel üçün 55 dollarla 60 dollar arasında olmasına çalışır. OPEK-in bildirdiyinə görə, qiymətlərin bu səviyyədə saxlanması iqtisadiyyatı neftdən asılı olan və son iki ildə qiymətlərin gündə 50 dollar səviyyəsindən olmasından zərər çəkmiş ölkələrin iqtisadi bərpasına kömək edə bilər.

XS
SM
MD
LG