Accessibility links

Dünya üzrə neft qiymətləri ən aşağı səviyyədədir


Avropada xam neftin qiyməti ən aşağı səviyyəyə enib, mütəxəssislər isə qlobal miqyasda neft ehtiyatlarının hazırda tələbatdan daha artıq olduğunu bildirir.

London bazarında Brent xam neftin qoyməti bir barrel üçün 101 dollar 61 sent təşkil edib. Bu, keçən il noyabr ayından xam neftin qiyməti üçün ən aşağı göstəricidir. Birləşmiş Ştatlarda xam neftin qiyməti bir barrel üçün 97 dollar 43 sent təşkil edir və bu da keçən ildən bəri ən aşağı göstəricidir.

Sənayesi inkişaf etmiş ölkələrə neft siyasəti ilə bağlı məsləhətlə verən Beynəlxalq Enerji agentlyi yeni hesabatında qlobal iqtisadiyyatda qeyri-sabitliyin neftə tələbatın və qiymətlərin aşağı səviyyədə qalmasına gətirib çıxardığı bildirilir.

Neft istehsal edən ölkələrdə zorakılıqların neft emalının azalması, təchizatın kəsilməsi və qiymətlərin yüksəlməsinə səbəb ola biləcəyi deyilirdi.

Lakin Beynəlxalq Enerji agentlyi Liviya, İraq və Ukraynada münaqişələrə baxmayaraq neft bazarında vəziyyətin bu gün gözlənildiyindən daha yaxşı olduğu, hətta Atlantik okeanı hövzəsində də neft təminatının yüksək olduğunu bildirib.

Beynəlxalq Enerji agentlyinin bu il və gələn il üçün neftə olan tələbatla bağlı proqnozları da daha aşağı səviyyədədir.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG