Accessibility links

SOCAR Rusiya şirkətləri ilə əməkdaşlığı genişləndirir


Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Rusiyanın “Gazprom” və “Rosneft” şirkətləri ilə qarşılıqlı əməkdaşlığı müzakirə edib.

SOCAR-ın mətbuat xidmətinin məlumatına görə, şirkətin prezidenti Rövnəq Abdullayev avqustun 21-də Sankt-Peterburqda “Gazprom” Açıq Səhmdar Cəmiyyəti idarə heyətinin sədri Aleksey Millerlə, sonra isə “Rosneft” şirkətinin baş icraçı direktoru İqor Seçinlə görüş keçirib.

Görüşlər zamanı SOCAR ilə “Qazprom” və “Rosneft” şirkətləri arasında qarşılıqlı əməkdaşlığın gələcək inkişaf məsələləri müzakirə edilib, ətraflı fikri mübadilələri aparılıb.

Mətbuat xidməti danışıqların detalları ilə bağlı məlumat vermir. Yerli media qeyri-rəsmi mənbələrə istinadən bildirir ki, görüşdə Azərbaycanın Rusiyadan aldığı qazın həcminin artırlması ətrafında fikir mübadiləsi aparılıb.

Dünyaya Baxış

Dünyaya Baxış. "Meydan TV"nin jurnalisti həbsdə qaldı
please wait

No media source currently available

0:00 0:10:58 0:00
XS
SM
MD
LG