Accessibility links

Azərbaycan OPEC ölkələrinin Vyana razılaşmasına əməl etdiyini bildirir


OPEC
OPEC

Azərbaycan fevral ayında Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv olan və kartelə daxil olmayan ölkələrin neft hasilatının azaldılması ilə bağlı Vyana razılaşmasına əməl etdiyini bildirir.

Azərbaycan Energetika Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölkədə fevral ayı ərzində gündəlik neft hasilatı 806 min barrel olub. Bunun 751 min barrelini xam neft, 55 min barrelini kondensat təşkil edib. Gündəlik 621,3 min barrel xam neft, 55 min barrel kondensat, 20,4 min barrel isə neft məhsulları ixrac edilib.

“Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi növbəti dəfə də yerinə yetirib", nazirlik bildirib.

Azərbaycan üzrə gündəlik neft hasilatının 834 min barrel həcmində saxlanmasına dair razılaşma müqabilində 2017-ci il ərzində ölkədə orta gündəlik neft hasilatı 781,9 min barrel təşkil edib.

Ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb.

XS
SM
MD
LG