Accessibility links

Neft Fondunun 2016-cı il büdcəsi təsdiq edilib


Azərbaycan Dövlət Neft Fondu (ADNF)
Azərbaycan Dövlət Neft Fondu (ADNF)

Prezident İlham Əliyev dekabrın 29-da Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2016-cı il büdcəsini təsdiq edib.

ARDNF-nin 2016-cı il büdcəsinin gəlirləri 6 711 564,1 min manat, xərcləri isə 8 181 399,7 min manat məbləğində təsdiq edilib.

Fondun gələn il gəlirləri Azərbaycanın payına düşən karbohidrogenlərin satışından əldə edilən xalis gəlirlər - 6 094 053,0 min manat, akr hesabı ödənişlər - 2,1 mln manat, neftin və qazın tranziti – 12,6 mln. manat, fondunun valyuta aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər - 602 790,1 min manat hesabına formalaşacaq.

Fondun vəsaitlərinin 6 mlrd. manatı dövlət büdcəsinə trasfert ediləcək. Bundan başqa, Cənub Qaz Dəhlizi layihələrində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə daha 1 822 800,0 min manat sərf olunacaq.

Xərclərin qalan hissəsi:

- məcburi köçkünlərin məskunlaşdırılmasına (90 mln. manat),

- Samur-abşeron kanalının yenidən qurulmasına (70 mln. manat),

-Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə (137 621,7 min manat),

- gənclərin xarici ölkələrdə təhsil almasına (36 558,0 manat) yönəldiləcək.

ARDNF-nin idarə olunmasına isə 24 420,0 min manat xərclənəcək. Dövlət başçısı eyni zamanda ARDNF-nin vəsaitinin 2016-cı ildə istifadəsinin əsas istiqamətlərini və fondun idarə edilməsi ilə bağlı xərclər smetasını təsdiq edib.

XS
SM
MD
LG