Accessibility links

Xəzərdəki “Günəşli” yatağındakı özüldə qaz təzahürləri yaranıb


Mayın 10-da “28 May” NQÇİ-nin 7 saylı dərin dəniz özülündə qazılan 319 saylı quyuda qazma vaxtı gil məhlulunda udulma baş verib, nəticədə qaz təzahürü əmələ gəlib.

SOCAR-ın məlumatında deyilir ki, lazımi tədbirlər görülüb, quyunun ağzı bağlanıb, quyuağzı parametrlər nəzarət altına alınıb.

“Lakin sonradan, bu bu gün (mayın 11-də), özülün yaxınlığında dəniz səthində qaz qabarcıqları ilə müşayiət olunan anormal su axını (qrifon) əmələ gəlib və get-gedə artmağa başlayıb. Bütün ehtimallar nəzərə alınaraq, özüldə işləyən iki istismar quyusunda hasilat saxlanılıb, özüldə qazma işləri dayandırılıb”, xəbərdə qeyd edilir.

SOCAR-ın prezidenti Rövnəq Abdullayev vəziyyəti yerində qiymətləndirmək üçün özülə gedib və bütün işçi heyətin tam tərkibdə təxliyyə olunması haqqında tapşırıq verib.

Onun tapşırığına əsasən 7 saylı dərin dəniz özülündə olan bütün əməkdaşlar təxliyyə edilmişdir.

Hazırda mütəxəssislərdən ibarət operativ qrup yaxındakı özüllərdən və hazır vəziyyətdə növbə çəkən gəmilərdən vəziyyətə nəzarət edir.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG