Accessibility links

İtkin düşən neftçilərin axtarışı nəticə vermir


Dənizdə axtarış
Dənizdə axtarış

Dekabrın 15-də Nərimanov adına Neft Qaz Çıxarma İdarəsinin estakadasının uçması nəticəsində dənizdə itkin düşən 9 neftçinin axtarışı nəticə verməyib. Axtarış tədbirlərinə böyük sayda qüvvə cəlb olunub.

Dekabrın 16-da Baş Prokurorluq Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə (ehtiyatsızlıq səbəbindən əmək təhlükəsizliyi qaydalarının pozulması nəticəsində insan ölümü) cinayət işi qaldırıb.

Neftçilərdən birinin cəsədi bir sutka sonra tapılıb.

Dekabrın 17-də Fövqəladə Hallar Nazirliyində Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbər şəxslərinin iştirakı ilə toplantı keçirilib.

Toplantıda yuxarıda qeyd olunmuş məqsədlərin həyata keçirilməsi üçün Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Qərargah yaradılması qərara alınıb.

Qərargah tərəfindən xarici bayraq altında üzən gəmilər də daxil olmaqla ərazidə olan bütün gəmilərlə və Xəzəryanı dövlətlərin eyniadlı Milli Mərkəzləri ilə mütəmadi olaraq məlumat mübadiləsi aparılmaqdadır.

XS
SM
MD
LG