Accessibility links

Neftçilər avtomagistralı bağlayıb


Azərbaycan Dövlət Neft Şirkəti
Azərbaycan Dövlət Neft Şirkəti

“Qobustan” Kəşfiyyat Qazma İdarəsinin 300-ə yaxın işçisi müəssisənin bağlanmasına və işçilərin ixtisar edilməsinə etiraz edir

Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) “Qobustan” Kəşfiyyat Qazma İdarəsinin 300-ə yaxın işçisi avqustun 13-də səhər saatlarında Bakı-Qazax yolunu bağlayaraq etiraz aksiyası keçirib. Aksiya Bakının 40 kilometr cənubunda Qobustan qəsəbəsindən keçən sahədə olub.
Neftçilər ARDNŞ-nin bu müəssisənin bağlanması və işçilərin çıxarılması barədə qərarına etiraz edir. “Demokratiyaya yardım” regional QHT-nin rəhbəri Emil Məmmədov bildirib ki, akdiya nəticəsində avtomagistralda böyük tıxac yaranıb. Lakin, nə hakimiyyət orqanları, nə də ARDNŞ-nin nümayəndələri etiraz edənlərin qarşısına çıxmayıb. 45 dəqiqədən sonra polis dəstələrinin etirazçıları dağıtması ilə yol açılıb.
Ötən həftə ARDNŞ Kompleks Qazma İşləri Trestində struktur islahatlarının aparıldığını bəyan edib. Bu, xərclərin optimallaşdırılması ilə əsaslandırılıb. ARDNŞ-nin məlumatına görə, “Qobustan” Kəşfiyyat Qazma İdarəsi qazma sexi kimi “Abşeron” Qazma İşləri İdarəsinə verilib.
Trestin özündə və Dövlət Neft Şirkətinin digər struktur bölmələrində İnsan Resursları Departamentinə tapşırılıb ki, struktur islahatları nəticəsində çıxarılan əməkdaşları işlə təmin etsinlər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG