Accessibility links

İtkin düşən neftçilərin ailələri etiraz edib


Neftçi ailələri etiraz edir
Neftçi ailələri etiraz edir

2015-ci il dekabrın 4-də “Günəşli” dəniz platformasında baş vermiş faciə zamanı itkin düşən neftçilərin 25-ə qədər ailə üzvü və yaxınları Prezident Administrasiyasının önündə etitraz aksiyası keçirib. Onlar aparılan axtarışların nəticəsiz qalmasından narahatdırlar.

“Bizi Dövlət Neft Şirkətinin rəhbəri Rövnəq Abdullayev qəbul etmir, sorğularımıza cavab ala bilmirik, ona görə də ümidiniz dövlət başçısı İlham Əliyevə və xanımı Mehriban Əliyevaya qalıb”, ailələrdən birinin nümayəndəsi Esmira Əhmədova bildirib.

2015-ci il dekabrın 4-də “Günəşli yatağındakı yanğın zamanı 64 nəfərdən 34 nəfər xilas edilib, 7 cəsəd dərhal tapılıb, sonra daha 6 cəsəd axtarış nəticəsində tapılıb. 17 nəfər hələ də itkin düşmüş sayılır və cəsədləri tapılmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp Ağ Ev aparat rəhbərinin adını açıqladı
please wait

No media source currently available

0:00 0:10:02 0:00
XS
SM
MD
LG