Accessibility links

Nelson Mandelanın vəziyyətində dəyişiklik yoxdur


Cənubi Afrika Respublikasının prezidenti deyib ki, Nelson Mandelanın vəziyyəti sabit-ağır olaraq qalır.

Prezident Ceykob Zuma bu gün jurnalistlərə verdiyi açıqlamada dünəndən bəri cənab Madnelanın səhhətində heç bir dəyişiklik qeydə alınmadğını deyib.

Ancaq o, nikbin danışaraq anti-aparteid liderin tezliklə xəstəxananı tərk edəcəyinə ümid etdiyini bildirib.

Tanzaniya rəhbəri ilə görüş zamanı Cənubi Afrika azadlıq hərəkatının lideri Nelson Mandelanın durumu ilə bağlı fikir ifadə edən ABŞ prezidenti Mandelanı "dünya üçün qəhrəman" adlandırıb. Prezidentin sözlərinə görə Mandelanın qoyub getdiyi siyasi irs əsrlərlə yaşayacaq.

Bütün gecəni onlarla insan 94 yaşlı liderə dəstək olmaq üçün xəstəxananın qarşısında şam yandırıb, gül-çiçək və ürək arzuları həkk edilmiş açıqca gətiriblər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG