Bu gün Rusiyanın paytaxtı Moskvada minlərlə insan müxalifət lideri Boris Nemtsovun xatirəsini anıb.
İki il əvvəl Kreml yaxınlığında qətlə yetirilən Nemtsov Rusiya prezidenti Vladimir Putinin kəskin tənqidçisi kimi tanınırdı.
Yürüş zamanı "Rusiya azad ediləcək" kimi şüarlar yazılan plakatlar qaldırılıb.
Müxalifət onun ölümündə hökuməti günahlandırır.
Kreml isə qətllə əlaqəsi olmadığını bildirir.
Qətllə bağlı 5 nəfər çeçen həbs edilib.
Prezident Putin qətli provokasiya adlandıraraq, hadisə ilə əlaqəli hər bir şəxsin məsuliyyətə cəlb edilərək, cəzalandırılacağına vəd verib.