Accessibility links

Nepalda yük maşınının yoldan çıxması nəticəsində 18 nəfər həlak olub


Nepal
Nepal

Rəsmilər bildirirlər ki, Nepalın dağlıq ərazilərində inşaat işçilərini daşıyan yük maşınının yoldan çıxması nəticəsində 18 nəfər həlak olub, 14 isə nəfər müxtəlif xəsarətlər alıb.

Mustanq ərazisinin administrasiyasının verdiyi məlumata görə, həmin yük maşını təxminən 50 metr hündürlükdən düşüb. Xilasedici helikopterlər cümə günü hadisənin baş verdiyi yerə gələlək, xəsarət alanları xəstəxanalara aparıb.

Yük maşını işçiləri yol tikintisi sahəsinə aparırdı.

Polis hadisənin səbəblərini araşdırır. Nepalda yolların və avtomobillərin vəziyyəti çox zəifdir.

Hadisə Nepalın paytaxı Katmandudan 200 kilometr aralıda yerləşən dağlıq ərazidə baş verib. Həmin ərazisinin yolları əsasən dar və çınqıllıdır.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG